Şəmkirdə baş vermiş ağır yol qəzasında ölənlərin şəxsiyyətləri məlum olub.
“DunyaninSesi.az” xəbər verir ki, qəza zamanı 1977-ci il təvəllüdlü Habil Hüseyn oğlu Əmiraslanov, onun qardaşı, 1973-cü il təvəllüdlü Şahin Huseyn oğlu Əmiraslanov və əmisi oğlu, 1983-cü il təvəllüdlü Ramil Söhrab oğlu Əmiraslanov həlak olublar.
Qeyd edək ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun şərti olaraq “Kraz yolu” adlanan ərazisində qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır. /Report
***
Şəmkirdə baş vermiş ağır yol qəzasında ölənlərin sayı artıb.
“Yeni Sabah” xəbər verir ki, qəza zamanı ağır xəsarət almış yaralılardan biri xəstəxanada dünyasını dəyişib.
Bununla da qəzada ölənlərin sayı üç nəfərə çatıb. Məlumata görə, ölənlərdən ikisi qardaşdır.
Qeyd edək ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun Üçtəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.