Samux rayonun 72 yaşlı başçısı Kəlbəcərli sakinlərə qan uddurur- Prezidentə ŞİKYƏT- VİDEO+FOTO

Əsas Manşet ÖLKƏ
Spread the love

“Stripıtiz” qalmaqalı ilə gündəm olan spiiker  72 yaşlı qudası Alı Qocayev Kəlbəcərli köçkünləri Məhkəmədə süründürür…

 Müstəqil və müasir Azərbaycanın əfsanəvi qəhramanı, Ulu Öndər məktəbinin layiqli varisisi Azərbaycan xalqına 30 ildən sonra, böyük qələbə sevincini bəxş edən  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım  Əliyevaya və şanlı müzəffər Azərbaycan ordusuna təşəkkür edirəm.

Samux  rayon  İcra Hakimiyyətinin Başçısı Alı Qocayev, müavin Arif Ağayev və Samux rayon Bələdiyyəsinin sədrii Xətaim Cəfərov  “Qaçqın və Məcburi” köçkünlərlə bağlı  Prezident sərəncamına arxa çevirdilər!!

İyirmi səkkiz il Samux rayonu, Qarasaqqal meşə massivində məskunlaşan, Kəlbəcər rayonundan 10 ailə məcburi  köçkünlər  «Dünyanınsəsi» Xəbər portalı vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət etdilər..
Həmin müraciəti oluduğu kimi təqdim edirik:

Çox hörmətli Cənab Prezident! 
       Biz Kəlbəcər rayonundan məcburi köçkünlər 28 (iyirmi səkkiz) ildir ki, Samux rayonu, Qarasaqqal meşə massivində məskunlaşmışıq. Mal-heyvan saxlamaqla  ailə uşağımızı saxlayırıq.

Samux  rayon Qarasaqqal meşə massivində boş qalmış əkin üçün yararlı 130 hektar torpaq sahəsi götürək, taxılçılığın  inkişafı üçün verilən  prezident sərəncamı  əsasında həm öz güzəranımızın yaxşı olması və mal heyvanlarımızın saxlanması üçün taxıl əksəkdə  Samux rayon İcra Hakimiyyətinin  Bələdiyyəsi Xətaim Cəfərov, icra başçısı Alı Qocayevlə və müavin Arif Ağayevlə  əlbir olaraq 05 mart 2021-ci il tarixdə sxta sərancam  alaraq  əkdiyim taxıl bitgisini sulamağa imkan verməyərək yandırıb külə döndərdilər.

      Bununla bağlı aramızda yaranan mübahisənin 6 (altı) aydır ki, Samux rayon məhkəməsində məhkəmə prosesi keçirilsədə hərdəfə rayon icra hakimiyyətinin başçısı məhkəməyə təsir göstərərək  məhkəmə proseslərini dayandırdırıb verdiyi saxta sərancamları həyata keçirmək istəyir.

Biz on ailə üzvüləri adları çəkilən məmurların əlindən bezərək son ümüdlərimizi cənab prezidentimizdən gözləyirrik.

İyirmi ildən artıqdır ki, Xətaim Cəfərov Samux rayonunda Bələdiyyə sədri vəzifəsində işləyir. Bütün Samux rayon ərazisində olan sovetlər birliyindən qalan  yaralı torpaq sahələrini və ferma və digər obyektləri alaraq özünküləşdiribdir.

Mərhum ulu öndərimiz Heydər Əliyev cənabların “qaçqın və məcburi köçkünlərin” yaşayış tərzini yaxşılaşdırması ilə bağlı verdiyi sərancam bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirildiyi bir zamandaüzdən iraq  bu məmurların yerlərdə “qaçqın və məcburi köçkünlərə” etdikləri zülümlərlə xalqı siyasi təxribata qaldırmaqdır.

Alı Qocayev Samux  rayonuna başçı gələndən, bələdiyyə sədi Xətaim Cəfərovla əlbir olaraq  rayonun  əmlakmdan tutmuş mülkünə qədər öz mənafeyi xatirinə talan ediblər.

Cənab Prezident! Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevlə, bələdiyyə sədri Xətaim Cəfərovun  neçə illərdir ki,  etdikləri qanunsuz əməllərini yazmaqla qurtarası deyil.
Həmçinin ərizədə göstərdiyimiz faktlara görə Azərbaycan Respublikasının Baş Prokurorluğuna və digər cavabdeh məmurlara tapşırılsın ki, yoxlama aparılaraq günahkarlar cəzalandırılsın. Ona görə bizim şikayət ərizəmizi ciddi nəzarətə alınıb araşdırılmasına göstəriş verməyinizi xahiş edirik.

Biz məcbiri köçkün ailələrinə etdiyiniz köməkliklərə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

kəlbəcərli sakinlərin videoşikayətini təqdim edirik:

 

Hörmətlə, Əliyev Əlizamin Zahid oğlu.

Dünyanıpnsəsi,AZ