
Türkiyə Liviyaya əsgər göndərir? – Ərdoğan açıqladı
Liviyaya istənilən formada dəstək verməyə hazırıq.
DunyaninSesi Türk mediasına əsasən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT müxbirinin sualını cavablandırarkən deyib.
“Türkiyənin xaricə hərbçi göndərməsi şərtləri ilə bağlı atacağı müəyyən addımlar var”, – deyə Ərdoğan bildirib.