Yüksəkliklər Azərbaycana keçdi, Qafandakı ermənilər panikaya düşdü – VİDEO

Hit QARABAĞ
Spread the love

Dünyanınsəsi.Az xəbər verir ki, Qafan rayonunun Azərbaycanla sərhəd kəndlərinin sakinləri panikadadırlar. Buna səbəb sərhədlərin demarkasiyası və delimitasiyası prosesində, bir çox yüksəkliklərin, hərbi postların Azərbaycana qaytarılmasıdır. Onlar Azərbaycan Ordusunun birbaşa nişangahına düşdükləri üçün evlərini tərk edirlər.

Tərk edilən kəndlərdən biri isə işğaldan sonra Qafana birləşdirilən Zəngilanın Ağkənd kəndidir. Orada məskunlaşan ermənilər kənddən çıxarkən ənənəvi erməni vəhşiliyi törədirlər: bütün evlər yandırılır.

Erməni mediası bu barədə yazır: “Bütün mövqelər düşmənə təslim ediləcəyi üçün Qafan sakinləri evlərini yandırırlar. Düşmənin silahı altında yaşamağa razılaşmırlar”.

Erməni mediası bu seyr etdiyiniz videonu yayaraq, şərh olaraq yazır ki, yandırlan ev Qafan şəhərindən təxminən 2 km məsafədə yerləşir.

Dünyanınsəsi.Az