104 saylı Tovuz-Gədəbəy Seçki Dairəsindən müstəqil namizəd Nazim Bəydəmirli yanvarın 28-də ATƏT-in uzunmüddətli müşahidə missiyasıın üzvləri Yuri Şapolavov və xanım Monika Luonqo ilə görüşüb.
Namizədin Seçki Qərargahından “DunyaninSesi”-nə verilən məlumata görə, görüşdə dairədə seçki prosesinin gedişi ilə bağlı fikir mübadiləsi aparılıb. N. Bəydəmirli müşahidəçiləri ətraflı məlumatlandırıb. Müşahidəçilər bildiriblər ki, 104-saylı Seçki Dairəsi ATƏT-in ciddi montorinqi altında olacaq.
Missiya üzvləri 2010 və 2015-ci illərdə keçirilmiş seçkilərdə Nazim Bəydəmirlinin iştirakından məlumatları olduğundan o seçkilər haqqında, həmçinin parlamentin buraxılma səbəbi barədə suallar ətrafında namizədin fikirlərini öyrəniblər. Eyni zamanda dairənin xüsusatları, seçici fəallığının aşağı olma səbəbləri və parlamentarizmin inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb.104 saylı Tovuz-Gədəbəy Seçki Dairəsindən müstəqil namizəd Nazim Bəydəmirli yanvarın 28-də ATƏT-in uzunmüddətli müşahidə missiyasıın üzvləri Yuri Şapolavov və xanım Monika Luonqo ilə görüşüb.