“Əsəd və müharibə cinayətkarları kimi tarixə düşəcək rejim ünsürləri İdlibdəki alçaq basqının bədəlini ağır ödəyəcəklər”.
DunyaninSesi.Az Türkiyə KİV-lərinə istinadən verdiyi xəbər görə, bu barədə ölkənin vitse-prezidenti Fuat Oktay mətbuata verdiyi yazılı açıqlamada bildirib.
O qeyd edib ki, tarixə müharibə cinayətkarı kimi həkk olunacaq terrorçu dövlət başçısı hücumun əvəzini çox ağır verəcək:
Suriyanın İdlib şəhərində Əsəd rejimi qüvvələri Türkiyə Silahlı Qüvvələrinin əsgərlərinə hücum edib. İndiyədək 33 türk əsgəri şəhid olub, 36 hərbçi yaralanıb.