Ərdoğan NİYƏ HƏDƏF ALINIB? – “The Economist”dən qalmaqallı Türkiyə təhlili

Əsas Manşet SİYASƏT
Spread the love

İngiltərənin həftəlik nəşr olunan “The Economist” jurnalının bu həftəki sayında yer alan, Türkiyədə keçiriləcək seçkilərlə bağlı təhlildə qalmaqallı ifadələr işlədilib.

Musavat.com xəbər verir ki, üz qabığındakı Türkiyə bayrağının üzərindəki ayparada prezident Rəcəb Tayyib Ərdoğanın siluetini yerləşdirən jurnal “Türkiyənin fəlakətin astanasında” olduğunu yazıb.

CNN Türk-ə danışan təhlükəsizlik və terror eksperti Coşkun Başbuğ Türkiyə prezidentinin niyə hədəf alındığını açıqlayıb:

Economist-cover-erdogan-turkey.jpg (104 KB)

“Söhbət Qərbin bütün tələlərini məhv edən liderdən gedir. Dedik ki, Trampı sıradan çıxaracaqlar, belə də oldu. Məğlub edə bilmədikləri tək lider Ərdoğandır. Ərdoğan daha da güclənir. Biz 2023-cü ildə müdafiə sənayesində çatacağımız nöqtəni görəcəyik. Müxalifət qanadından “gəmiləri satacağıq” kimi açıqlamalar gəldi. Bunlar təsadüfi deyil. Jurnal Ərdoğanın Yunanıstana qarşı təxribatçı siyasət yürüdəcəyini yazır.

Çox maraqlıdır, Yunanıstanın kimin maşası olduğu aydınlaşır. Amma Qərb Türkiyənin təxribatçı olduğunu deyir. Fleyk (ABŞ-nın Türkiyədəki səfiri Cef Fleyk – red.) deyir ki, Türkiyə və Əsəd Əsəd münasibətlərinin normallaşmasına qarşıdır. Bu normallaşma prosesidir, lakin Amerikanın istədiyi anormal bir prosesdir. Onu da deməkdə fayda var ki, biz Ərdoğanı dəstəkləməliyik, çünki Qərb ancaq onu hədəfləyir. Bu hücumlar Ərdoğan vasitəsilə bütün türk millətinə qarşı edilir”.

Dünyanınsəsi.Az