Ərdoğan Baydenlə görüşü başa çatıb. – VİDEO (Yenilənib)

DÜNYA Əsas Manşet
Spread the love

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasındakı görüş başa çatıb. Mətbuata qapalı keçirilən görüş təxminən 1 saat davam edib. Ərdoğan uzun fasilədən sonra yenidən ABŞ prezidentilə görüşməkdən məmnun olduğunu bildirib.

Bayden isə öz növbəsində taxıl dəhlizinin formalaşdırılması istiqamətində, eləcə də İsveç və Finlandiyanın NATO üzvlüyünə yol açdığı üçün Türkiyə dövlət başçısına təşəkkür edib. (Mənbə: Anadolu)

 

 

 

“NATO-nun güclənməsinə yönəlmiş addımlar Rusiya və Ukrayna arasında münaqişənin həlli prosesinə xüsusi töhfə verəcək” – deyə, Ərdoğan Baydenlə görüşündə deyib.

Ərdoğan qeyd edib ki, Türkiyə taxıl dəhlizi problemini balanslaşdırılmış siyasətlə həll etməyə çalışır. O, Ankaranın bu istiqamətdə səylərinin müsbət nəticələr verəcəyinə ümid etdiyini bildirib.

Cozef Bayden, öz növbəsində, Türkiyə Prezidentinə Ukrayna taxılının ixracını təmin etmək səylərinə, habelə İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətlərini dəstəklədiyinə görə təşəkkür edib.

 

Qeyd edək ki, Türkiyə və ABŞ prezidentləri arasında görüş artıq başa çatıb. Görüş 1 saat 10 dəqiqə davam edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşlə bağlı iyunun 30-da mətbuat konfransı keçirəcək.

***

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Cozef Bayden arasında görüş başlayıb.

“Report” bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.

Görüş NATO-nun Madriddəki sammiti çərçivəsində baş tutub.