“Ən pis ssenari olar” – Ərdoğanın İdlib mesajına Rusiyadan reaksiya

DÜNYA Əsas Manşet
Spread the love
DunyaninSesi.Az  xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə prezidentinin İdliblə bağlı xəbərdarlığı şərh edərkən deyib.
Türkiyə prezidenti parlamentin qrup iclasında bu sözləri demişdi:
“Artıq son xəbərdarlıqlarımızı edirik. İndiyə qədər arzu etdiyimiz nəticə əldə olunmadı. Masada bizim istədiyimiz yerdən çox uzağıq. Türkiyə İdlib məsələsində hərbi planlarını həyata keçirmək üçün hazırlıqlarını görüb. Bir gecə qəflətən gələ bilərik. Daha açıq desək, hərbi əməliyyat an məsələsidir”.
Sergey Lavrov Türkiyə və Suriyanın İdliblə bağlı danışıqları barədə bu sözləri deyib:
“Rusiya və Türkiyə gərginliyin artmaması üçün təmasları davam etdirəcək. Türkiyə ilə Suriya ilə bağlı razılıq əldə olunmadı. Rusiya heç bir yeni tələb irəli sürmədi. Rusiya və Suriya rejiminə qarşı İdlib ərazisindən hücumlar davam edir”.
Kremlin mətbuat katibi Dmiri Peskov da jurnalistlərə açıqlamasında Ərdoğanın çıxışını şərh edib:
“Moskvanın İdlib əməliyyatına şiddətlə qarşı olduğunu, lakin İdlibdəki gərginliyin daha da artmaması üçün Rusiya və Türkiyənin əlaqə saxladığını bildirib.