Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə -Şikayət

Əsas Manşet ÖLKƏ
Spread the love

 

Azərbaycan  Respublikasının  Əmək və Əhalinin  Sosial Müdafiəsi  Naziri  Sahil  Babayev  cənablarına
Gəncə  şəhəri H.Əliyev  pr.,89-da qeydiyyatda  olan və  Bakı şəhəri  M.Rüstəmov  35 mənzil 169-da yaşayan  Aynur Arifqızı  tərəfindən
                                   Ş İ K A Y Ə T
 
 
Cənab Nazir!
Hər kəsə  məlumdur ki, rüşvət  yolu ilə  sağlam  adamların  Sosial  müavinət, təqaüd alması  halları baş alıb  gedir  və həqiqi  əlilliyi  olanlar, yoxsulluq  içində zülm  çəkib ,balasına  çörək  almağa  imkanı  olmayanlar  öz haqlı  imtiyazlarından  istifadə  edə bilmirlər.
Belə  hallardan  biri də,  illərdir ki, məhkəmə  davasında  olduğum  Nərimanov  rayonu Fətəli  Xan Xoyski  34 mənzil 26-da  yaşayan  Həmidova  Arzu  Əlisahib qızıdır. Mənzilə  görə  ödədiyim  25 min dollar  və 6700 manat  təmir  xərci  2017 –ci ildən icraata  verilsə də, bu dələduz  qadın  qanunun heç bir  tələbinə  əhəmiyyət  vermir. Çünki  əlində  hansısa  yolla  əldə etdiyi  Azərbaycan  Respublikasının  Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyi  yanında  Dövlət  Tibbi  Sosial  və  Reabilitasiya  Xidmətinin  8 saylı  Tibbi  Sosial  və  Reabilitasiya  Xidmətinin  8 saylı  Tibbi  Əlillik  kağızı var.  Bu qadın  sələmi  ilə pul  verdiyi  adamları  şərləyib,  cinayət  məsuliyyətinə  cəlb edərək  aylarla  şou  yaradır sonunda  isə  qarşı  tərəf  öz  günahsızlığını , bunun  günahkar  olduğunu  sübut  etdikdə  isə 2-ci qrup  əlil  olduğunu  əsas  gətirib  məsuliyyətdən  boyun  qaçırır.
Necə olur ki,  övladı  olmayan, özündən 18 yaş  kiçik  “həyat  yoldaşı” , bir neçə  mülki,  “LEXUS”  markalı  maşını  olan  (məhkəmə dövründə  hamısı anasının  adına keçirilib)  tam sağlam  vicudu  olduğu  halda  bütün  günü  fitnes  və üzgüçülüklə  məşğul  olan bu dələduz  qadın 2-ci qrup  əlillik  kağızı  əldə edərək  neçə illərdir ki,  dövlətdən  pul alır?!
Həmidova  Arzu  ilə  münasibətlərimiz  yaxşı  olduğu  zaman etibarlı  adamları olduğunu,  yüksək  təqaüdlə  ÖMÜRLÜK  müavinət  kəsdirmək  təklifini  mənə də  etmişdir. Söylənilən  yüksək  məbləğ  mənə  mümkünsüz  görünsə də  bir neçə  tanışıma  bu işdə  “yardımçı”  olmuşdu.
Cənab Nazir!
Çox  xahiş edirəm  ki, Həmidova Arzu Əlisahib  qızının  əlində  bütün  dələduzluq  oyunlarında  yaşıl  işıq  olan, az qala  “Green  card” a çevrilmiş  bu saxta  əlillik  sənədinin  araşdırılmasına  sərəncam  verəsiniz.
Bəlkə də  bu yolla  saxta əlillik  sənədi  verən  cinayətkar  şəbəkəni  ifşa  edilə  və haqlı  olanların  haqqının  dələduzların, saxtakarların  sahiblənməsinin  qarşısı alına.
Hörmət  və ehtiramla:                       Aynur Arifqızı