Əlövsət Əliyev azadlığa buraxıldı

Əsas Manşet SİYASƏT
Spread the love
“Leqat” inteqrasiya mərkəzinin rəhbəri, Almaniyada həbs edilən sabiq polis rəisi Əlövsət Əliyev azadlığa buraxılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə onun Türkel Rüstəmxanlı sosial şəbəkədə məlumat yayıb.
Ötən il Almaniya polisi “miqrant alveri” ilə məşğul olan azərbaycanlılardan ibarət dəstəyə qarşı əməliyyat keçirib. Əməliyyat zamanı saxlanılanlardan biri də Əlövsət Əliyev idi.
Əlövsət Əliyev Vətəndaş Hərəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının qardaşıdır. O, 2015-ci ildə ailəsi ilə birlikdə Almaniyaya mühacirətə gedib.