Əli İnsanov partiyasını elan etdi – HƏP

Əsas Manşet ÖLKƏ
Spread the love
Keçmiş səhiyyə naziri və siyasi məhbus Əli İnsanov nəhayət, partiyasını elan etdi. Yeni partiya Haqq-Ədalət Partiyası adlanacaq.
Noyabrın 24-də yeni partiyanın Təşkilat Komitəsi yaradılıb və Əli İnsanov TK-nın sədri seçilib. Bu barədə İnsanov feysbuk səhifəsində məlumat yayıb. İnsanov 15 nəfərik TK üzvlərinin kimlikləri barədə də məlumatı açıqlayıb:
  1. Əli İnsanov – sabiq nazir (TK sədri)
  2. İsfəndiyar Vahabzadə – keçmiş səfir, filologiya elmləri doktoru, Moldova Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik.
  3. Qalibə Budaqova – BDU-nun sabiq əməkdaşı, Bakı şəhəri 23 saylı orta məktəbin sabiq direktoru, Milli Qəhrəmanı Tahir Həsənovun anası, Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyinin sədri.
  4. Mirədalət Talışxanov – hüquqşünas, Masallı Rayon Məhkəməsinin sabiq sədri, Baş Prokurorun sabiq köməkçisi.
  5. Eyvaz Əliyev – YAP Beyləqan təşkilatının keçmiş sədri, Beyləqan Rayon İcra Başçısının sabiq müavini.
  6. Oruc Muradov – Ukraynada yaşayan sahibkar.
  7. İlqar Quliyev – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sabiq əməkdaşı, Azərbaycan Respublikaçılar Partiyasının Sumqayıt şəhər təşkilatının sədri.
  8. Babək Adıgözəlov – hüquqşünas, YAP Nəsimi təşkilatı idarə heyətinin sabiq üzvü.
  9. Yalçın Qəhrəmanoğlu – Kiyevdə yaşayan iqtisadçı, sahibkar, Azərbaycanda Demokratik Qüvvələrin Milli Şurasının üzvü.
  10. Əfqan Sadıqlı – jurnalist, Azel tv-nin rəhbəri.
  11. Zaur Bayramoğlu – qazi.
  12. Murad Muradov – ictimai fəal.
  13. Rəşad Abbaslı – ictimai fəal (TK-nın katibi).
  14. Fərrux Binətzadə – hüquqşünas, keçmiş polis zabiti.
  15. Murad Quliyev – iqtisadçı, hüquqşünas, ABŞ-da tədqiqatçı.
Görüntünün olası içeriği: 10 kişi, ayakta duran insanlar ve takım elbise