“Əl Cəzirə” azad edilmiş ərazilərimizlə bağlı reportaj yayımladı – VİDEO

DÜNYA Hit
Spread the love

Qətərin “Əl Cəzirə“ telekanalı işğaldan azad edilmiş ərazilərimizlə bağlı reportaj yayımlayıb. Videomaterialda bildirilib ki, 2020-ci ildə baş verən müharibə nəticəsində Azərbaycan Ordusu 30 illik işğala son qoyub.

Reportajda sözügedən bölgələrdə infrastrukturun yenidən qurulması istiqamətində görülən işlər, eləcə də minalarla bağlı mövcud problemlər əks olunub.

Həmçinin, videomaterialda Şuşa və Xankəndi şəhərləri, eləcə də Laçın dəhlizi haqqında da məlumat verilib.

Sonda Rusiya üzrə analitik Devid Keransın Rusiya – Azərbaycan münasibətlərinə dair fikirlərinə də yer verilib.