
Əjdaha İlham Əliyev! Fransa ilə Ermənistanın kürəyini yenə yerə vurdu!!! – Eynulla Fətullayev yazır
20 və 21 dekabrda Fransa və Ermənistan Azərbaycanın Laçın yolundakı vəziyyət ilə bağlı BMT TŞ-nın iclasını çağırdılar.
Qeyd: 2022-ci ilin sentybar hadisələrindən sonra Ermənistanın müraciəti əsasında BMT TŞ-nın gündəliyində “Ermənistanın BMT yanında Daimi nümayəndəsinin məktubu” adlı bənd daxil edilmişdir. Sözügedən müraciət əsasında TŞ-nın gündəliyinə bəndin daxil edilməsi Fransanın dəstəyi olmadan baş verə bilməzdi.
Fransa-Ermənistan hələ 2022-ci ilin sentybarında baş vermiş hadisələrlə bağlı BMT TŞ-da sənəd qəbul etmək istəyirdi. O zaman bu baş vermədi.
20-21 dekabr müzakirələrindən dərhal sonra Fransa BMT TŞ-nın daimi üzvü və hazırda TŞ-nın sədri kimi (daimi və qeyri-daimi üzvlərin hərəsi bir ay sədr olur) Laçın-Xankəndi yolundakı vəziyyəti humanitar fəlakət kimi təqdim edən riyakar və tam ermənipərəst mətn hazırlanmışdı. 10 gündür ki mətn üzərində sözün əsl mənasında qırğın gedirdi.
Prosesləri bilavasitə Fransa Prezident Administrasiyası və Makronun xarici siyasət məsələləri üzrə müşavirləri aparırdı.
Son məlumata görə, Fransa rəsmən məktubla müraciət edərək prosesi dayandırdığını bəyan edib.
Bu, yeni 2023 cü ilş ərəfəsində Prezident İlham Əliyevin növbəti qələbəsi və Azərbaycan xalqına hədiyyəsidir.
Böyük Britaniya, BƏƏ, Rusiya və Albaniya Fransanın təşəbbüsünün əleyhinə çıxış ediblər və haqq-ədaləti dəstəklədiklərinə görə, bu öıkələrə xüsusi minnətdarlıq düşür.
Dünyanınsəsi.Az