ƏHMƏDZADƏNİN YERİNƏ TƏYİNAT OLDU – Meliorasiya və Su Təsərrüfatının yeni sədri kimdir?-MARAQLI DOSYE

Əsas Manşet ÖLKƏ
Spread the love

Zaur Rauf oğlu Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

“Dünyanınsəsi.info” nun məlumatına görə, Zaur Rauf oğlu Mikayılov bundan əvvəl  özəl sektorda çalışıb, BRAVO supermarketlərinin sahibi kimi çıxış edən “Azərbaycan Supermarket” MMC-nin qanuni təmsilçisi kimi tanınıb.

Zaur Mikayılov “2018-ci ilin noyabr ayında” Bravo” supermarketlər şəbəkəsinin icraçı direktoru təyin olunub. Gənc mütəxəssis 2021-ci ilin yanvar ayında  “Azərbaycan Supermarket” MMC-nin direktoru vəzifəsindən azad edilib. Şirkətə rəhbərlik əcnəbi vətəndaşa (Kevin Paul Landi) həvalə olunub.

İndex.az-ın əldə etdiyi məlumata görə, Zaur Mikayılov “2001-2009-cu illər ərzində “Bakcell” MMC-də baş kommersiya inzibatçısı kimi çalışıb.

Daha sonra Zaur Mikayılov “PAŞA Construction” tikinti şirkətində yüksək vəzifə tutub. Belə ki o, “Port Baku Towers”in baş direktoru olub.

“Bravo” supermarketlər şəbəkəsinə rəhbərlik etməzdən öncə isə Zaur Mikayılov “Agro Dairy” MMC-də baş direktor vəzifəsini tutub.

Zaur Mikayılov Bosfor Universitetinin “Biznesin idarə olunması” fakültəsini bitirib.

Xatırladaq ki, keçmiş sədr Əhməd Əhmədzadə 3 gün əvvəl dövlət başçısının sərəncamına əsasən, vəzifəsindən azad edilib.