Əməkdar artist Vasif Məhərrəmli ARB kanalında yayımlanan “Söhbət var” verilişinin qonağı olub.
DunyaninSesi.Az xəbər verir ki, sənətçi həmkarı, əməkdar artist Ədalət Şükürovla futbola görə anlaşılmazlıq yaşadığını bildirib:
“Ədalətlə mənim aramda yeganə anlaşılmazlıq futbol məsələsində yaranır. O, futbola nifrət edir. Mən də ona görə Ədalətə nifrət edirəm. Amma onda əfsanəvi braziliyalı futbolçu Pelenin topu da var. Söz verib ki, bizə göstərəcək”.